"Azərbaycan və Ermənistan arasında uğurlu vasitəçi ola bilərik”.
“Report” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bunu ölkə parlamentinin vitse-spikeri Gia Volski deyib.
Onun sözlərinə görə, Gürcüstanın kifayət qədər yüksək nüfuzu var: “Cənubi Qafqazda sülh olmalıdır. Bizim buna ehtiyacımız var”.
Bu məsələ barəsində dəfələrlə açıqlama verdiyini deyən sabiq xarici işlər naziri Elmar Məmmədyarov "Sherg.az"a vurğulayıb ki, ən yaxşı versiya Ermənistan və Azərbaycanın sülh prosesini təkbətək həll etməsidir:
"Burada mənim məntiqim çox aydındır. Çünki hər vasitəçinin öz şəxsi maraqları var. Yəni həm Rusiyanın, həm ABŞ-nin, həm də Avropa İttifaqı öz maraqlarını uyğun hərəkət edirlər. Ona görə ermənilərlə birbaşa sülh sazişini müzakirə etmək daha həlledici olar. Gürcüstanın da öz vasitəçiliyini təklif etməsi anlaşılandır. Çünki o Cənubi Qafqazda yerləşən üç ölkədən biridir və regionda sabitliyin olmasını istəyir. Yəni Cənubi Qafqazda sülhün olması Gürcüstanın da milli maraqları sırasındadır".