Avropa Şurasının İnsan Haqları üzrə Komissarı Dunya Miyatoviç Cənubi Qafqaza regionuna səfər edəcək.
Bu barədə Avropa Şurasının İnsan Haqları üzrə Komissarının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Dunya Miyatoviç oktyabrın 16-dan 23-dək Ermənistan və Azərbaycana, o cümlədən Qarabağ regionuna səfər edəcək.
O, dövlət rəsmiləri, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirəcək.
Səfəri "Sherg.az"a şərh edən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, Dunya Miyatoviçin erməni lobbisi ilə geniş əlaqələrə malik olan şəxsdir:
"O Azərbaycanın əleyhinə olan ən kəskin qərb diplomatlarından biri sayılır. Bu mənada heç şübhə yoxdur ki, onun bölgəyə gəlməsi müsbət tendesiya ola bilər. Çünki biz həqiqətləri Avropanın gözü önünə sərə biləcəyik. Ümumiyyətlə biz savaşda qalib gəlsək də, diplomatik müharibə davam edir və xeyli rəqiblərimiz var. Yəni düşmən güclüdür və meydanda uduzsa da, masada əlavə təsir alətlərindən istifadə etməyə çalışır. Miyatoviç də həmin təsir alətlərindən biridir. Belə vəziyyətdə onun gəlişindən münasibətlərin qaydaya düşməsi fonunda çox şey gözləyirəm".