Ermənistan cəmiyyətində hələ də bəzi qüvvələr Qarabağın itirilməsi ilə barışmayıblar və yenidən revanş götürmək istəyirlər".
İrəvan əvvəlki hökumətlər dövründəkinə nəzərən daha çox ölkədən daha çox silah ala bilər, lakin burada logistika ilə bağlı problemlər var.
“Sputnik Armenia” xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Hayastan” fraksiyasının deputatı Kristine Vardanyanın ölkənin təhlükəsizliyi ilə bağlı sözlərini şərh edən XİN rəhbəri keçmiş hakimiyyətin “işəyaramaz” razılaşmalarını da xatırladıb.
A.Mirzoyan qeyd edib ki, hazırkı proseslərə gəlincə, Ermənistan sərhədlərində ciddi insident yoxdur.
Ermənistanın silahlanması barəsində "Sherg.az"a açıqlama verən siyasi şərhçi Turab Rzayev deyib ki, burada iki əsas məsələ gündəmə gəlir:
"Birincisi, Azərbaycana qarşı ciddi şəkildə silahlanır. Ola bilsin ki, Azərbaycanın hansısa sərhəd münaqişəsində Ermənistan ərazisinə müdaxilə edə biləcəyindən çəkinirlər. Çünki Ermənistan Hava hücumlarından müdafiə sistemləri alır. Bu isə baş verə biləcək Azərbaycan-Ermənistan münaqişəsində dronlarımızın qarşısını almağa hesablanıb. Digər tərəfdən gələcəyə dair plan da qura bilərlər. Yəni zaman kəsiyindən istifadə edərək orduyu gücləndirib Azərbaycana qarşı Qarabağ məsələsi ilə bağlı addımlar atmağı planlaşdırma ehtimalları var. Xatırlayırsınızsa, bu yaxınlarda Ermənistanda baş tutan keçmiş separatçıların toplatısında Şahramanyan "rejimin" özünü ləğv etmə məsələsinin geri alına biləcəyi ilə bağlı açıqlama verdi. Bu da onu göstərir ki, Ermənistan cəmiyyətində hələ də bəzi qüvvələr Qarabağın itirilməsi ilə barışmayıblar və yenidən revanş götürmək istəyirlər".
Analitik əlavə edib ki, Ermənistan tərəfi Rusiyaya da görə silah-sursat ala bilər:
"Yəni Ermənistanın Rusiyadan müdafiyəyə hazırlaşma ehtimalı var. Çünki Rusiyanın hərbi bazasını ərazisindən çıxarmaq istəyir. Lakin eskalasiya riski var. Bu riskə qarşı isə həm ABŞ-la, həm də Fransa ilə hərbi təlimlər keçirilib. Eyni zamanda Avropa Mülki Missiyası gətirilib. Həmçinin mülki missiya hərbi missiyaya çevrilir. Yəni Ermənistanın yeni silahlar alaraq özünü Rusiyanın bölgədəki qüvvələri ilə toqquşmaya hazırlaması da mümkündür".