Bizim əlimizdə statistik rəqəmlər var: həqiqi hərbi xidmət çağırışçılarımızın sayı ildən-ilə azalıb. Son 15 ildə hər il əvvəlki ilə nisbətən daha az çağırışçı olur.
Bu sözləri Ermənistan parlamentinin hakim Mülki Müqavilə fraksiyasından olan deputatı Ayk Sərkisyan jurnalistlərlə görüşündə deyib.
O bildirib ki, bu statistika narahatlıq doğurur:
“Vətəndaşlar xidmət etmək istəmirlər, hərbi xidmətdən yayınmaq üçün ölkədən gedirlər və vətəndaşlıqdan imtina edirlər.
2010-cu ildə bizdə 44 mindən çox çağırışçı var idi, sonrakı 9 il ərzində bu rəqəm 44 faiz azalıb, hazırda 24 mindir”.
Sözügedən məsələ ilə bağlı "Sherg.az"a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Ermənistanın müharibədən əvvəl və ondan sonrakı dövrdə hərbi xidmət çağırışçılarının sayında kifayət qədər ciddi problemlər ilə qarşılaşdığınının şahidi olmuşuq:
"Bu məsələ daha çox Ermənistan ordusunda mövcud olan problemlər ilə əlaqəlidir. Bunun üçün Müdafiə Nazirliyinin müavinləri əhaliyə müraciət etmişdi ki, alt paltarı toplayın. Bundan sonra silah-sursatların müasir olmaması və idarə edilən sistemlərin Ermənistan ordusunda tətbiqi ilə bağlı problemlər daha böyük miqyas almışdı. Ermənistan Silahlı Qüvvələri 21-ci əsrin fərari statusuna layiq görüldükdən sonra vətəndaşlar ordudan yayınmağa üstünlük verdilər. Müharibə zamanı 11 min ondan sonra isə daha bir neçə min erməni ordusuna fərarilər əlavə olundu. Ermənistan ordusunun 50 faizi fərari statusuna malikdir. Belə olan vəziyyətdə Ermənistan ordusunda xidmət edənlərin sayında gələcək zamanda da azalmalar müşahidə olunacaq. Çünki normal psixologiyaya malik insan fərari statusu daşıyan orduda xidmət göstərməz. Ona görə də bunu Ermənistan üçün normal vəziyyət kimi qəbul etmək lazımdır. Rəsmi İrəvanda bu cür problemin yaranmasında məsuliyyət məhz Ermənistanı işğal zamanı və ondan sonra idarə edən hərbi, siyasi rəhbərliyin dırnaqarası fəaliyyətləridir".