İsrail Qəzza zolağında ən güclü hava, quru və dəniz hücumlarından birini həyata keçirir və nəticədə son iki gündə ən azı 349 fələstinli ölüb, 750-dən çox insan yaralanıb.
APA xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı BMT-nin məlumatlarına istinadən məlumat yayıb.
BMT-nin Yaxın Şərq Sülh Prosesi üzrə Xüsusi Koordinatorunun müavini, təşkilatın Fələstin ərazilərində humanitar koordinatoru Lin Hastinqsin sözlərinə görə, anklavda hadisələr tezliklə “cəhənnəm ssenarisi” üzrə daha da inkişaf edəcək: “İsrail quru qüvvələrinin əməliyyatlarının hazırda Qəzzanın cənubunda cəmlənməsi səbəbindən yardımın çatdırılması üçün şərait yoxdur”.