Dünya 2024-cü ilə, Adana 2025-ci ilə daxil olur

Bütün dünya 2024-cü ilə hazırlaşır. Adanada  isə 2025-ci il  bəzəkləri diqqət çəkir. Seyhan rayonundakı İstasyon meydanında “2025” lövhəsi qoyulub. 
Sherg.az xəbər verir ki, 2023-cü ilin son günləri yaxınlaşdıqca, Türkiyənin hər yerində Yeni il bəzəkləri son şəklini almağa başlayıb. 
Seyhan rayonundakı İstasyon meydanına “2025” yazısı qoyulduğu halda, şəhərin bəzi yerlərində vətəndaşların qarşısına 2025 yazıları çıxır.


Keçən il 2023-cü il qeyd olunanda Adanada eyni yerə “2024” sözü qoyulmuşdu.