Kriminal  təşkilatlardan müsadirə olunan Ferrari polisə verildi

Cinayət təşkilatlarından müsadirə edilən avtomobillər arasında yer alan Ferrari markalı avtomobil Ayasofya meydanında böyük marağa səbəb olub.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, cinayət təşkilatlarına məxsus lüks avtomobillər məhkəmə qərarı ilə İstanbul Polis İdarəsinin istifadəsinə verilib. 23 avtomobildən biri olan Ferrari bu gün İstanbul küçələrinə çıxıb. Nəqliyyat vasitəsi evakuatorla Ayasofya meydanına gətirilib. Lüks avtomobil diqqət mərkəzinə çevrilib.

Polis maşınına baxış keçirən və xatirə şəkli çəkdirən Canan Aydın, "Çox yaxşı, əla qiymətləndirmə oldu. Məncə, nəqliyyat vasitələri uyğun olduqları yeri tapdı" deyib. Uğur Şahin isə, "Dövlətimiz və millətimiz üçün çox faydalı olduğunu düşünürəm. Məncə, bizim xaricdəkilərdən əskikliyimiz yoxdur, bunun üçün yaxşı oldu" deyə bildirib.

Avtomobilin qarşısında ailəsi ilə xatirə şəkli çəkdirən Suat Şimşək bunları söyləyib: "Çox gözəl bir şeydir, mənim də xoşuma gəldi. Bizim Türk Polisinə də yaraşır. Təbii ki, cinayət təşkilatlarından götürülən bu maşınlar dəyərləndirilməlidir. Biz belə maşınlardan bəhrələnib, onları çürüməyə qoymamalıyıq”.