Koronavirusdan 60 nəfər ölüb: Maskalı günlər qayıtdı

Yunanıstanda son həftələrdə Covid-19 və qripə yoluxma hallarının qəfil artması səbəbindən qapalı məkanlarda, xəstəxanalarda və ictimai nəqliyyatda maska ​​taxmaq tövsiyə olunub.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Yoluxucu Xəstəliklər üzrə Milli Şuranın iclasında son həftələrdə Covid-19 və qripə yoluxanların sayının artmasına diqqət çəkilib.

Maska taxmaq öhdəliyinin də müzakirə olunduğu iclasda maskanın məcburi deyil, qapalı məkanlarda, xəstəxanalarda və ictimai nəqliyyat vasitələrində taxılmasının şiddətlə tövsiyə edilməsi qərara alınıb.

Yunanıstan Milli Xalq Sağlamlığı Qurumunun (EODY) verdiyi açıqlamada, ötən həftə Covid-19 səbəbiylə 60 nəfərin həyatını itirdiyi bildirilib.