Türkiyənin ilk kosmos səyahətçisi təlimini tamamladı

Türkiyənin ilk kosmos səyahətçisi Alper Gezeravcı kosmik gəmi təlimini uğurla başa vurub.
Sherg.az xəbər verir ki, Türkiyə Kosmik Agentliyi (TUA) sosial media hesabında Cümhuriyyət tarixində ilk insanlı kosmos missiyasını yerinə yetirmək üçün seçilən Türkiyənin ilk kosmos səyyahı Gezeravcının təlim prosesinin son vəziyyətini paylaşıb.

TUA-nın açıqlamasında, "Türkiyənin ilk insanlı kosmos missiyası üçün geri sayım başladı. Astronavtımız Alper Gezeravcı və AX-3 missiyasının ekipaj üzvləri SpaceX Dragon kosmik gəmisi təlimlərini müvəffəqiyyətlə tamamladılar"- deyilir.

Beynəlxalq Kosmik Stansiyaya gedəcək Gezeravcı aprel ayında ABŞ-ın Texas ştatının Hyuston şəhərində təlimlərə başlayıb. Gezeravcının 17 yanvar 2024-cü ildə kosmosa göndərilməsi planlaşdırılır.

Türkiyənin İlk İnsanlı Kosmos Missiyası çərçivəsində Alper Gezeravcı yanvar ayında buraxıldıqdan sonra 14 gün ISS-də qalacaq və 13 fərqli elmi təcrübə həyata keçirəcək.

İlk türk astronavtı Gezeravcı missiyada ispan, italyan və isveçli astronavtlarla birlikdə iştirak edəcək.