İkinci əl telefon alacaq şəxslərə xəbərdarlıq

Türkiyədə valyuta məzənnəsinin artması və inflyasiya səbəbindən mobil telefonların qiymətləri artıb. Bu səbəbdən də  ikinci əl mallara tələbat da artıb. Bununla belə, ikinci əl telefon alarkən nəzərə alınmalı olan bəzi məqamlar var. Sənaye mütəxəssisləri alıcıları xüsusilə təhlükəsizlik riskləri barədə xəbərdar edir.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, son zamanlar inflyasiyanın və valyuta məzənnələrinin yüksəlməsi elektron cihazların etiketlərində də öz əksini tapıb.

Qiymət artımları və taksit məhdudiyyətlərinin təsiri ilə istehlakçılar ikinci əl mallara üz tutdu.

İkinci əl telefon bazarında aktivlik istehlakçılar üçün müəyyən risklər gətirir.

Əsas risklər düzgün olmayan hissələrin istifadəsi və təhlükəsizlikdir.

Mütəxəssislər istehlakçılara diqqət tələb edən məsələlər barədə xəbərdarlıq edirlər.

Türkiyədə hər il orta hesabla 11 milyon mobil telefon satılır.

Sənaye nümayəndələri bildirirlər ki, ikinci əl mobil telefon alan vətəndaşları bütün bu risklərdən qorumağın ən effektiv və təhlükəsiz yolu təmir edilmiş telefonlar almaq və lisenziyalı yeniləmə mərkəzlərindən ikinci əl telefon alış-verişidir.