Məşhur yapon Türkiyədə zəlzələ üçün ən təhlükəsiz zonanı elan edib

Məşhur yapon zəlzələ mütəxəssisi Yoşinori Morişaki zəlzələ riski az olan şəhərləri açıqlayıb və mühüm mesajlar verib. 
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Türkiyənin zəlzələ ölkəsi olduğunu və hər kəsi bu vəziyyətə hazır olmaları barədə xəbərdar edən Morişaki deyib: “Türkiyədə zəlzələnin təsirini minimuma endirmək üçün strukturlar möhkəm olmalı və urbanizasiya planlanarkən ilk növbədə zəlzələyə uyğunluq olmalıdır. Cərrahiyyə əməliyyatı zamanı həkim səhv edəndə bu, bir nəfərin ölümünə səbəb ola bilər, inşaat mühəndisi səhv və ya səhvə yol verəndə isə onlarla, hətta minlərlə insanın ölümünə səbəb olur. Öldürən zəlzələ deyil, binadır".

Morişaki çıxışına davam edərək Antalya-Alanya bölgəsində zəlzələ riskinin aşağı olduğunu və Alanyanın zəlzələlər baxımından təhlükəsiz bölgə olduğunu bildirib. O, Aralıq dənizində baş verə biləcək 7 bal və daha yüksək zəlzələdə maksimum 3 metrə çatan sunami dalğasının ola biləcəyinin də vurğulayıb.