ABŞ-dakı Azərbaycan Məktəbinin fəaliyyəti bərpa olunub
19:03 12.03.2023
Aktual
376
ABŞ-ın paytaxtı Vaşinqtonda fəaliyyət göstərən Amerika-Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində yerləşən Azərbaycan məktəbinin fəaliyyəti bərpa olunub.
"Report"un ABŞ bürosu xəbər verir ki, məktəbin yenidən bərpası ilə bağlı keçirilən tədbirdə Azərbaycanın bu ölkədəki səfiri Xəzər İbrahim, diplomatlar, Vaşinqtonda yaşayan azərbaycanlı ailələrin övladları və icmanın aktivləri iştirak ediblər.
Xəzər İbrahim çıxışında bildirib ki, hər bir millətin varlığını müəyyənləşdirən amillərdən biri onun dilidir və hər millət özünün dilinin mühafizəkarı olmalıdır: "Dilimizin qorunması Azərbaycan hökümətinin ən böyük prioritetlərindəndir. Bununla bağlı dövlət başçısının imzaladığı sərəncamlar xaricdə yaşayan soydaşlarımızın da qarşılarına müəyyən öhdəlik qoyur. Sevinirik ki, bu məktəbin yenidən bərpası ABŞ-da yaşayan azərbaycanlı ailələrin uşaqlarına öz ana dilinin öyrədilməsində bütün dəstəyi verəcək"
Tədbirdə çıxış edən Amerika Universitetinin elmi işçisi, doktorant Şəlalə Vəliyeva iştirakçıları məktəbin yenidən işlənib hazırlanmış təlim-tədris proqramı barədə məlumatlandırıb.
Mərasimdə həmçinin kamança ustası Toğrul Orucovun ifasında mill musiqilərimiz ifa olunub. Azərbaycanlı ailələr Vətəndən uzaqda olmalarına baxmayaraq, hər zaman dövlətimizin qayğısını hiss etdiklərini və ana dilimizin öyrənilməsi üçün övladlarına belə şansın verilməsindən böyük sevinc hissi keçirdiklərini deyiblər.
Qeyd edək ki, Azərbaycan Məktəbində ana dilimizin tədrisi ilə yanaşı, milli musiqi və rəqslərimiz, rəsm dərsləri, intellektual oyunlar, o cümlədən peşəkar şahmatçılar tərəfindən uşaqlar üçün xüsusi təlimlərin keçirilməsi nəzərdə tutulub.
Oxşar xəbərlər
Yeraltı keçidlərdən istifadə etmək artıq mümkün deyil - Memardan təcili qadağa çağırışı
14:22 03.07.2026
AZAL-da böyük dəyişikliklər? - Regional hava limanları xarici operatorlara verilə bilər
18:16 02.07.2026
Xəbər lenti
Hamısına bax
Dmitri Medvedyev İranda Pezeşkianla görüşdü
21:21 03.07.2026
Region
Şərif sabah Türkiyəyə gəlir
21:00 03.07.2026
Gündəm
ABŞ-dən İrana: Keçmiş kəşfiyyatçı Monika Vitt AXTARŞDADIR
20:26 03.07.2026
Gündəm
Nazirlikdə Dünya Bankının nümayəndə heyəti ilə görüş olub
20:20 03.07.2026
Sosial
Husilər Səudiyyə Ərəbistanının qırıcılarını raket atəşinə tutub
20:13 03.07.2026
Dünya
Əhməd Cəfəroğlu haqqında monoqrafiya nəşr olunub
19:51 03.07.2026
Tarix
"iPhone 18 Pro"nun test görüntüləri sızdırılıb
19:44 03.07.2026
Texnologiya
“Fənərbaxça” Natan Akeni transfer etdiyini açıqlayıb
19:26 03.07.2026
Futbol
Ərdoğan və Meloni Türkiyə-İtaliya münasibətlərini müzakirə ediblər
19:15 03.07.2026
Gündəm
Ter Ştegen “Ayaks”a keçir
19:12 03.07.2026
Futbol
"Axios": Rusiyada təhlükəsiz ərazilər getdikcə azalır
19:04 03.07.2026
Dünya
Tramp NATO sammiti üçün Ankaraya min nəfərlik heyətlə gəlir
18:47 03.07.2026
Gündəm
Rekord istilər fonunda Münhendə suya tələbat kəskin artıb
18:42 03.07.2026
Dünya
Əli Tekin Atalar vəfat etdi
18:26 03.07.2026
Mədəniyyət
DÇ-2026 qaydaları Türkiyədə də tətbiq olunacaq
18:24 03.07.2026
Futbol