Ermənilər Bakıya dəvət olundular! – “Bu, reinteqrasiya üçün müsbətdir”
Yusif Nəzərli
17:22 13.03.2023
Aktual
481
"Əminliklə demək olar ki, Prezident Administrasiyasının Qarabağın erməni ictimaiyyətini Bakıya dəvət etməsində Rusiya və ya başqa bir üçüncü tərəf iştirak etməyəcək".
Bunu "Sherg.az"a Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna-Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı Prezident Administrasiyasının Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini Bakıda görüşə dəvət etməsindən danışarkən bildirib. Jurnalistin sözlərinə görə, erməni ictimaiyyətinin nümayəndələri ilə görüş artıq birbaşa dövlətin, yaxud hökumətin öz vətəndaşları ilə təmasa girməyidir:
"Bu, reinteqrasiya üçün müsbət cəhətdir. Həmçinin onlar paytaxta gəlsələr də, gəlməsələr də, Bakı hamıya, o cümlədən də beynəlxalq ictimaiyyətə göstərir ki, ermənilərin reinteqrasiya olunması üçün yalan vədlər vermir, boş sözlər demir. Yəni Azərbaycanın təklifi ilə əməli birdir. Ermənilərin Bakıya gələcəklərinə inanmıram, lakin hər şey ola bilər. Hökumət dəvət edibsə, deməli, onların informasiyaları bizdən daha çoxdur. Yaxud, bəlkə də, ermənilərin paytaxta gəlməyəcəklərini bilirlər. Amma istənilən halda xoşməramımızı nümayiş etdiririk. Bu da təqdirəlayiq addımdır".
Qeyd edək ki, Prezident Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini Bakıda görüşə dəvət edir. Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından məlumat verilib. Görüşün yaxın günlərdə Bakı şəhərində keçirilməsi təklif olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pezeşkian: Ağıllı insan müharibədən uzaq durar
16:25 31.08.2026
Region
Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi
16:24 31.08.2026
Hadisə
“İran uçuruma doğru gedir, Pezeşkian bunu anlayır” - RƏY
16:17 31.08.2026
Siyasət
Benzema Messi ilə yenidən eyni liqada çıxış edə bilər
16:11 31.08.2026
Futbol
İran ordusu: Tramp Hörmüz boğazını ancaq yuxusunda görə bilər
15:57 31.08.2026
Gündəm
Paşinyan və Əliyevin Bişkek görüşünün detalları açıqlanıb
15:48 31.08.2026
Gündəm
Rəcəb Tayyib Ərdoğan Qırğızıstanda səfərdədir
15:45 31.08.2026
Gündəm
Məsud Pezeşkian: İran müharibənin davam etməsində maraqlı deyil
14:57 31.08.2026
Region
Laçının Ağbulaq kəndində “Xatirə bulağı” istifadəyə verilib
14:47 31.08.2026
Qarabağ
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə