
Ermənilərlə işləmək asan məsələ deyil: Azərbaycan prosesin təmkinlə aparılmasının tərəfdarıdır
13:02 09.12.2024
Aktual
658
Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası prosesi dalana dirənməyib. Bunu Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan deyib. Nikol Paşinyanın müavini bildirib ki, tərəflər növbəti görüşə hazırlaşsa da, onun dəqiq tarixi və formatı barədə razılaşma hələ ki yoxdur. O, həmçinin delimitasiyanın sərhədin hansı istiqamətində davam edəcəyini açıqlamayıb. M.Qriqoryanın sözlərinə görə, tərəflər növbəti görüşdə nəqliyyat kommunikasiyalarının açılması məsələsini də nəzərdən keçirəcək.
Siyasi şərhçi Azər Həsrət “Sherg.az”a vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya prosesi uzun çəkən prosesdir:

“Çünki uzun illər münaqişə şəraitində qalan və ondan öncə SSRİ-nin işğalı altında olan iki dövlətin arasında sərhədlərin dəqiqləşdirilməsi çətindir. Nəzərə almaq lazımdır ki, Azərbaycan və Ermənistan arasında çox ciddi psixoloji gərginlik də var. Ermənilərlə bizim qarşılıqlı şəkildə işləməyimiz elə də asan məsələ deyil. Ona görə sərhəd məsələsinin tezliklə həll edilməsi gözlənilmir. Yəni məsələni tələsdirməyin də bir mənası yoxdur. Sözügedən proses qanunauyğun səviyyədə reallaşdırılmalıdır. Ermənistan tərəfinin belə açıqlama verməsi əslində Prezident İlham Əliyevin Qərbi Azərbaycana qayıdışla bağlı keçirilən beynəlxalq konfransa müraciətində də nəzərə çatdırıldı. İlham Əliyevin bütün çıxışlarında söyləyir ki, Azərbaycanla Ermənistan ikilikdə bütün məsələləri həll edə bilərlər. Üçüncü tərəflərin müdaxiləsi olmadan sərhəddin 12 kilometri ilə bağlı dəqiqləşdirmə işləri başa çatdırmışıq və bununla bağlı müsbət nəticələr var. Hesab edirəm ki, prosesi suni şəkildə surətləndirmək lazım deyil. Çünki bəlli bir müddətdən sonra işlər yavaş-yavaş yoluna düşəcək. Qırğızıstan-Tacikistan, Qırğısıztan-Özbəkistan və Qırğızıstan-Qazaxıstan-Özbəkistan arasında da delimitasiya və demarkasiya problemləri mövcuddur. Bəzən bunlar qanlı qarşıdurmalara qədər gətirib çıxarır. Bizim üçün önəmli olan hazırda şərti sərhəddə sakitliyin olmasıdır. Azərbaycan tərəfi prosesin təmkinlə aparılmasının tərəfdarıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
12:38 24.08.2026
Ekologiya
Bakıda mənzilini yandıran şəxs saxlanılıb
12:28 24.08.2026
Hadisə
Elm dünyasını şoka salan kəşf: Yeni orqan aşkarlandı
11:57 24.08.2026
Sağlamlıq
Erling Haaland uzun sarı saçlarını kəsdirib
11:35 24.08.2026
Futbol
Prezident İlham Əliyev Zelenskini təbrik edib
11:08 24.08.2026
Gündəm
İranda benzin bahalaşacaq
11:05 24.08.2026
Region
İranın qonşu ölkələrə hücumu ilə bağlı xəbərdarlıq edildi
10:37 24.08.2026
Dünya
Böyük Britaniyanın Baş naziri Kiyevə səfərə gedib
10:20 24.08.2026
Gündəm
Ukrayna Dağıstana hücum etdi
10:04 24.08.2026
Dünya