İlham Əliyevin təşəbbüslərinin dəstəklənməsi məqsədilə Parlament Dəstək Qrupu yaradılıb
Yusif Nəzərli
09:00 15.03.2023
Aktual
350
Bəhreyn Krallığının paytaxtı Manama şəhərində Qoşulmama Hərəkatının (QH) Parlament Şəbəkəsinin 2-ci konfransı keçirilib. Konfrans bir sıra mühüm sənədlərin qəbulu ilə yadda qalıb. Tədbirin əsas nəticələrindən biri Azərbaycan Prezidenti və Qoşulmama Hərəkatının sədri İlham Əliyevin cari ilin mart ayının 2-də Bakıda keçirilmiş Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə irəli sürdüyü təşəbbüslərin dəstəklənməsi məqsədilə Parlament Dəstək Qrupunun yaradılması barədə qərarın qəbul edilməsi olub.
"Report" xəbər verir ki, Milli Məclisin və QH Parlament Şəbəkəsinin sədri xanım Sahibə Qafarovanın sədrliyi ilə keçirilən Konfransda 20-dən çox ölkənin parlament sədrləri, 60-dan çox heyət olmaqla, ümumilikdə 300-dən artıq nümayəndə iştirak edib.
Azərbaycan Milli Məclisinin təklif etdiyi və üzv parlamentlərin yekdilliklə dəstəklədiyi bu qərara əsasən, Parlament Şəbəkəsi çərçivəsində yaradılacaq Parlament Dəstək Qrupunun əsas məqsədi Prezident İlham Əliyevin Afrika ölkələrinə və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstəklə bağlı Qlobal Çağırışlar və Pandemiyadan sonrakı qlobal bərpa mövzusunda müvafiq tövsiyələrin hazırlanması məqsədilə Yüksək səviyyəli BMT Panelinin yaradılması barədə BMT Baş Katibinə çağırış təşəbbüslərinin qlobal miqyasda dəstəklənməsi və təşviq olunmasıdır.
Konfransın yekun sənədi kimi qəbul olunmuş Manama Bəyannaməsi isə üzv parlamentlərin müasir dövrün çağırışları və əməkdaşlıq imkanlarına, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin hazırkı və gələcək fəaliyyət prioritetlərinə dair vahid mövqeyini əks etdirir.
Tədbirdə həmçinin, "Qoşulmama Hərəkatı Parlament Şəbəkəsində beynəlxalq parlament təşkilatlarına müşahidəçi statusunun verilməsi haqqında" qərar qəbul olunub. Bu qərarla İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Parlament İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası, Beynəlxalq Parlamentarilər Konqresi və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi yanında müşahidəçi statusu verilib. Digər beynəlxalq parlament təşkilatlarının Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə əməkdaşlığa olan marağı Parlament Şəbəkəsinin beynəlxalq parlament diplomatiyasında rolunun güclənməkdə olduğunu göstərir.
Konfransda Parlament Şəbəkəsinin iş qaydalarına bir sıra dəyişikliklərə dair qərar da qəbul edilib ki, bu da Şəbəkənin daha çevik və daha effektiv fəaliyyətinin təmin olunması məqsədi daşıyır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pezeşkian: Ağıllı insan müharibədən uzaq durar
16:25 31.08.2026
Region
Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi
16:24 31.08.2026
Hadisə
“İran uçuruma doğru gedir, Pezeşkian bunu anlayır” - RƏY
16:17 31.08.2026
Siyasət
Benzema Messi ilə yenidən eyni liqada çıxış edə bilər
16:11 31.08.2026
Futbol
İran ordusu: Tramp Hörmüz boğazını ancaq yuxusunda görə bilər
15:57 31.08.2026
Gündəm
Paşinyan və Əliyevin Bişkek görüşünün detalları açıqlanıb
15:48 31.08.2026
Gündəm
Rəcəb Tayyib Ərdoğan Qırğızıstanda səfərdədir
15:45 31.08.2026
Gündəm
Məsud Pezeşkian: İran müharibənin davam etməsində maraqlı deyil
14:57 31.08.2026
Region
Laçının Ağbulaq kəndində “Xatirə bulağı” istifadəyə verilib
14:47 31.08.2026
Qarabağ
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə