
İran casus şəbəkələrinin ifşa olunması davamlı olmalıdır
Yusif Nəzərli
00:38 14.03.2023
Aktual
616
Tehran rejimi Azərbaycanda özünə bağlı şəbəkə qurmağı ana hədəflərdən biri hesab edir
Azərbaycanda İran casus şəbəkələrinin ifşa olunması ilə bağlı əməliyyatlar davam edir. Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat tədbirləri nəticəsində Azərbaycanda "din pərdəsi" altında təxribat və pozuculuq əməllərini həyata keçirən 32 nəfər müəyyən edilərək saxlanılıb. Önlar özlərini cəmiyyətdə “dindar” kimi qələmə verərək sosial şəbəkələr üzərindən, eləcə də ibadət yerlərində, insanların toplaşdığı digər mərasimlərdə İran lehinə təbliğatlar aparıblar.
Ölkəmizdəki dini etiqad azadlığından sui-istifadə edərək Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün xaricdən aldıqları tapşırıqlarını yerinə yetiriblər. “Kərimə” dövləti quracaqlarını bildirərək Azərbaycan Respublikasının mövcud konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar ediblər. Xarici xüsusi xidmət orqanlarının sifarişlərini həyata keçirən bu şəxslər məzhəb ayrı-seçkiliyi salmaq, qarşıdurma yaratmaq məqsədilə dini radikalizmi təbliğ edərək cəmiyyətdə çaşqınlıq yaratmağı planlaşdırıblar. Araşdırmalarla müəyyən edilib ki, onlar İrandan məqsədli şəkildə göndərilən narkotik vasitələrin satışını təşkil edərək əldə etdikləri külli miqdarda pul vəsaitini məhz Azərbaycanda dini radikalizmin təbliğinə və digər pozuculuq fəaliyyətlərinin maliyyələşməsinə sərf ediblər. İranın Azərbaycanda casus şəbəkələri yaratması, onların vasitəsilə terror aktları həyata keçirmək, iğtişaşlar yaratmaq niyyəti birinci dəfə deyil. Dəfələrlə belə qanlı planların qarşısı Azərbaycanın təhlükəsizlik orqanlarının peşəkarlığı, sayıqlığı nəticəsində alınıb.
Təkcə ötən ilin noyabrında Azərbaycanda İranın iki böyük casus şəbəkəsi aşkarlanaraq, zərərsizləşdirildi. Rəsmi məlumatlardan aydın oldu ki, İran rejimi Azərbaycanın əsas strateji obyektləri, hərbi imkanları və s. haqqında məlumatlar əldə etmək, gələcəkdə bu məlumatlar əsasında təxribatlar törətmək üçün planlar hazırlayırmış. İranın məlum terror fəaliyyətinin, casus şəbəkələrinin qarşısının alınması, vaxtında aşkarlanması dövlətimizin və xalqımızın təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir. İranın əməlləri, ölkəmizdə qarışıqlıq yaratmaq üçün qurduğu planlar, casus şəbəkələri yaratması bu dövlətin nə dərəcədə təhlükəli olduğunu bir daha ortaya qoyur.

Türkiyənin Erciyes Universitetinin professoru, siyasi şərhçi Qafar Çaxmaqlı "Şərq"ə deyib ki, İran yalnız Azərbaycanda deyil, bütün ətrafında olan ölkələrdə "islam inqilabı"nı yaymaq, ekspansiya siyasətini yürütməkdədir. Professorun sözlərinə görə, Azərbaycanla bağlı İranın planları başqa ölkələrdən fərqlidir:
"İranda hələ Azərbaycanı "İranın bir parçası" hesab edən qruplar var. Tehran rejimi Azərbaycanda özünə bağlı şəbəkə qurmağı ana hədəflərdən biri hesab edir. Azərbaycan müstəqilliyini elan edəndən sonra bu şəbəkə daha da genişləndirilib. İrana bağlı casuslar ordusu yaradılıb və "din", "şiəlik" pərdəsi arxasında bütün regionlarımıza yayılıb. İran heç vaxt Azərbaycanda özünə bağlı bir rejim qurmaq planını gizlətməyib. Bölgədə ermənilərlə əlbir olması da dünyəvi Azərbaycan dövlətinin aradan qaldırılmasına xidmət edən bir siyasi həmlə olub. İndi də bu siyasət casus şəbəkələri ilə davam etdirilir. Azərbaycan dövləti casus şəbəkəsinin ifşa edilməsi və ölkəmizə qarşı təhdidlərin aradan qaldırılması istiqamətində ciddi tədbirlər görür. Bu işə dövlətimizin müstəqilliyinin qorunması kimi baxmaq lazımdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi
16:24 31.08.2026
Hadisə
“İran uçuruma doğru gedir, Pezeşkian bunu anlayır” - RƏY
16:17 31.08.2026
Siyasət
Benzema Messi ilə yenidən eyni liqada çıxış edə bilər
16:11 31.08.2026
Futbol
İran ordusu: Tramp Hörmüz boğazını ancaq yuxusunda görə bilər
15:57 31.08.2026
Gündəm
Paşinyan və Əliyevin Bişkek görüşünün detalları açıqlanıb
15:48 31.08.2026
Gündəm
Rəcəb Tayyib Ərdoğan Qırğızıstanda səfərdədir
15:45 31.08.2026
Gündəm
Məsud Pezeşkian: İran müharibənin davam etməsində maraqlı deyil
14:57 31.08.2026
Region
Laçının Ağbulaq kəndində “Xatirə bulağı” istifadəyə verilib
14:47 31.08.2026
Qarabağ
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə