Qarabağdan kütləvi köçün bir yox, bir neçə səbəbi var
Yusif Nəzərli
07:54 06.10.2023
Aktual
572
Birincisi, 30 ildir ki, Qarabağın erməni əhalisi informasiya basqısı altındadır
Bu informasiya basqısı onlara daim Azərbaycan dövlətinə kin və nifrət təlqin edib
“Çıxıb gedən ermənilərin geri qayıtması çox çətin prosesdir. Yaxşı olardı ki, Azərbaycanın vətəndaş cəmiyyəti institutuna bu təbəqə ilə işləmək imkanı verilərdi”
Rusiya imperiyasının bir zamanlar məqsədli şəkildə Qarabağa yerləşdirdiyi ermənilərin indi bölgədən çıxıb getmələri hər nə qədər təbii və qanunauyğun, həmçinin də ədalətin gec-tez qalib gəldiyinin təsdiqi olsa da, yenə də dünya gücləri və özünü humanist göstərməyə çalışan beynəlxalq qurumlar marığa yatıb gözlərini Azərbaycana zilləyiblər: əcəba ermənilərlə necə davranırıq, necə yola salırıq, bayrağımız altına qayıdanları necə qarşılayırıq. Ən əsası da “niyə ermənilər gedir” sualına cavab axtarırlar, bu sualın cavabının nəinki son 30 ildə, XİX-XX əsrlərdə olduğunu bildikləri halda. Eyib etməz. Qoy “axtarsınlar”. Bir əsas məqam və vacib məqam da odur ki, Azərbaycan dövləti və Azərbaycan insanı erməni gedişinin səbəblərini bilir.
Mövzunu əslən ağdamlı, Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyinin sədri, peşəkar jurnalist Asəf Quliyevlə davam etdirdik. Asəf Quliyev ermənilərin gedişinin səbəblərini izah etdi:
- Antiterror əməliyyatlarından sonra ermənilərin Qarabağdan kütləvi gedişinin bir yox, bir neçə səbəbi var. Birincisi, 30 ildir ki, Qarabağın erməni əhalisi informasiya basqısı altındadır. Və bu informasiya basqısı onlara daim Azərbaycan dövlətinə kin və nifrət təlqin edib. Bu informasiya basqısı Azərbaycan dövlətinin düşmən obrazını yaradıb. Və bu, təbii qorxu hissini formalaşdırıb. Azərbaycan dövlətini təmsil edən Silahlı Qüvvələrin, polisin və digər strukturların əraziləri azad etməsi yerli ermənilərdə xof yaradırdı. İkincisi, ermənilər arasında panika yarandı. Azərbaycan dəqiq nöqtə zərbələrlə hərbi hədəfləri məhv edirdi. Amma bu hərbi hədəflərin bir çoxu ötən 30 ildə məhz separatçılar tərəfindən yaşayış məkanlarının yaxınlığında yerləşdirildiyindən mülki əhali bomba, raket partlayışının səsini eşidirdi. Bu situasiyada yaranan panika sözsüz ki, insanların düşüncəsinə təsir edirdi. Üçüncüsü, ermənilərin Qarabağdan gedişi planlaşdırılmış olmasa da, son durumda təşkil olundu və idarə olundu. Ermənilər biri-birlərini nə qədər ittiham etsələr də müəyyən məsələlərdə sinxron davranış sərgiləyə bilirlər. Bu gedişi təşkil etməklə ermənilər özlərinin “köçkün”, “deportasiyaya məruz qalmış” statuslarını legitimləşdirmək istəyirlər. Məlumdur ki, 44 günlük Vətən müharibəsindən sonra da Qarabağdan gedən ermənilər oldu. Amma onlar özlərinə status əldə edə bilmədilər. İndi isə artıq BMT strukturlarına müraciətlər olunur və bu statusun legitimləşdirilməsinə çalışılır. Təbii ki, bu, yardımlar almaq, eyni zamanda Azərbaycana təzyiqlər etmək üçündür.
Reinteqrasiya məsələsinə gəlincə isə Asəf Quliyev bildirdi ki, əvvəlcə bu gün Qarabağda qalan ermənilərin sayına baxmaq lazımdır:
- BMT missiyası maraqlı rəqəm açıqladı. Minimum 50, maksimum 1000 nəfər erməninin olduğu bildirildi. Götürək maksimumu. 1000 nəfər Qarabağda faktiki ermənilərin sayı, əgər 50 min nəfər olduğunu qəbul etsək, deməli, 2 faizdir. 2 faizin inteqrasiyası Azərbaycana hansı dividendlər verəcək? Söyləmək çətindir. Çıxıb gedən ermənilərin geri qayıtmaq məsələsinə gəlincə, bu, çox çətin prosesdir. Məsələ ondadır ki, həm ermənilərin Qarabağdan köçməsi, həm reinteqrasiya, həm də onların geri qayıtması prosesində, əgər bu baş verərsə, yaxşı olardı ki, Azərbaycanın vətəndaş cəmiyyəti institutuna bu təbəqə ilə işləmək imkanı verilərdi. Amma bu olmadı və bu gün də bu proses getmir. Vətəndaş cəmiyyəti institutları gedənlər arasında iş apara bilərdi, sorğular keçirə və real mənzərəni öyrənə bilərdi. Reinteqrasiya və ermənilərin qaytarılması prosesində əsas məsələ insanlar arasında qarşılıqlı inamın qurulmasıdır. Bu da bilavasitə vətəndaş cəmiyyəti institutlarının görə biləcəyi bir işdir. Bunu da əlavə etmək istəyirəm ki, bu gün araşdırılmalı məsələlərdən biri də budur: ümumiyyətlə, ermənilər və həm də azərbaycanlılar reinteqrasiya istəyirmi? Hesab edirəm ki, həm azərbaycanlılara, həm də ermənilərə “yanaşı yaşamaq”la “birgə yaşayış”ın fərqini anlatmaq lazımdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm