Türk ekspert: ermənilərin "soyqırım"ı tamamilə siyasidir!

Ermənilərin uydurma soyqırım ifadəsi artıq tarixçilərin araşdırmalı olduğu bir məsələdən çıxıb, beynəlxalq siyasət səhnəsində göstərilən bir vəziyyətə çevrilib.

 Bu barədə Trend-ə türkiyəli politoloq, Süleyman Dəmirəl Universiteti Beynəlxalq Əlaqələr Fakültəsinin müəllimi Prof. Dr. Timuçin Kodaman deyib.

Onun sözlərinə görə, əgər Türkiyə beynəlxalq arenada güclü olmasa, tarixi faktlarda bir önəm kəsb etmir.

“Tarixi faktlar cəhətdən türklərin ermənilərə qarşı soyqırım törətmədiyi sadəcə ərazisində yaşayan bir qrupu yenə öz ərazisində olan başqa yerə köçürdüyü sübut edilə bilər, lakin siyasi arenada da bunu ifadə etmək gərəklidir. Çox sevincliyəm ki, İkinci Qarabağ Müharibəsində beynəlxalq ictimaiyyət Azərbaycan əleyhinə çox danışa bilmədi. Çünki Azərbaycanın partnyorları var idi. Lakin Türkiyə bunu hazırkı zamana qədər bacara bilməyib. Amerika Birləşmiş Ştatları ilə müttəfiqik lakin Fransa və ABŞ’dakı erməni lobbisinin öhdəsindən gələ bilmə şansımız yoxdur. Fransa Xocalıda törədilən qətliama “soyqırım” demir. Niyə? Çünki ermənilərin Fransada güclü lobbisi var və Fransa səs vermələrdə ermənilərdən istifadə etmək üçün onlarla münasibətləri yaxşı saxlayır. Tarixdə olan bir sıra faktlar bunu deməyə əsas var ki türklər heç bir zaman soyqırım etməyib. Bizə qarşı işlədilən bu ifadə tamamilə siyasidir. Qərb ölkələri bir-birini bu cür ittiham etməz. Çünki ya yetəri qədər cəsarətləri yoxdur,ya da bir birilərindən gözləntiləri var. Lakin bu çərçivədə türkləri ittiham etmək qədər də asan bir şey yoxdu. Bunun ən bariz səbəblərindən biri də xristian olmamağımızdır. Ermənilər xristianların Qafqazdakı hissəsidir ki, bu da cəmi 200 illik bir tarixə sahibdir çünki ermənilər 1827-ci illərdə bu ərazilərə yerləşməyə başlayıblar. İrəvan xanlığında, Türkiyənin Şərqi Anadoluda edilən qətliamlardan öldürülən qadın və uşaqlardan heç kəs bəhs etmir. Amma bunları tarixi olaraq sübut etməmiz yetərli deyil, çünki bu artıq siyasi arenada təsdiqlənməlidir. Biz bunun üçün çalışmalıyıq” -deyə o bildirib.