Xudafərin və Qız Qalası Hidroqovşaqları və SES-lərinin tikilməsi tezliklə başa çatdırılacaq

İnanıram ki, tezliklə Xudafərin və Qız Qalası hidroqovşaqları və SES tikilməsi başa çatdırılacaq.

Sherg.az  Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanın İrandakı səfiri Əli Əlizadə jurnalistlərə açıqlamasında deyib.

Ə.Əlizadənin sözlərinə görə, bu layihə çərçivəsində işlər davam etdirilir.
Ətraflı

Əlizadə əlavə edib ki, bu yaxınlarda işçi qruplarının iclası oldu. Eyni zamanda nazir müavinləri səviyyəsində daim təmaslar həyata keçirilir.

"Burada işlərin demək olar ki, 95%-i başa çatdırılıb. Qalan bir sıra işlərin həyata keçirilərək tam istifadəyə verilməsi yaxın gələcəkdə nəzərdə tutulur", - deyə o qeyd edib.