Oyun oynayarkən qardaş qatili oldu

Uşaq dəqiqələrlə evin balkonundan ayrılmadı






Malatyada 8 yaşlı uşaq tüfənglə oyun oynayarkən 4 yaşlı qardaşını öldürdü.
Polis qrupları evdə araşdırma apararkən qatil uşaq dəqiqələrlə evin balkonundan ayrılmadı. Yeşilyurt qəsəbəsində yaşanan hadisədə 8 yaşlı İ. T. ilə 4 yaşlı Y. T. evdə tüfənglə oynamağa başlayıb. İddiaya görə, İ.T.ın əli tətiyə dəyib və tüfəngdən çıxan atəş qardaşı Y. T. ağır yaralayıb. Tüfəng səsinə hadisə yerinə gələn qonşular dərhal yaralı uşağı Malatya xəstəxanasına çatdırıb. Ürəyindən yaralanan uşaq bütün müdaxilələrə baxmayaraq həyatını itirib. Polis hadisənin yaşandığı evdə araşdırma aparıb. Böyük qardaş İ. T. ilk ifadəsində qardaşını onu oynayarkən vurduğunu söyləyib. Prokurorluq əməkdaşları da hadisə yerinə gələrək İ. T. ilə əmisi E. T. ifadələri almaq üçün polis bölməsinə aparıb.