17 il əvvəl törədilmiş qətlin üstü, nəhayət açıla bilər





Belə adlandırılan "Peqqi işi” indiyə qədər Almaniyada ən böyük hay-küyə səbəb olmuş açılmamış qətllərdən biri hesab edilirdi.

2001-ci ildə Bavariyadan olan 9 yaşlı Peqqi adlı qız məktəbdən evə qayıtmayıb. 2016-cı ilin yayında Türinqiya federal əyalətində, Peqqinin yaşadığı Lixtenberq şəhərindən təqribən 20 kilometr aralıda yerləşən meşədə göbələk yığan bir kişi Peqqinin nəşinin qalıqlarını aşkar edib.

AZƏRTAC xəbər verir ki, bu günlərdə polis Peqqinin qətlində əli olmaqda şübhəli bilinən 41 yaşlı S.Manueli saxlayıb. Əslində S.Manuel hələ 2001-ci ildə müstəntiqlərin nəzarəti altında olub. O vaxt S.Manuel Peqqinin cəsədini meşədə qazıb basdırdığını bildirib, lakin onun ölümündə əli olmasını inkar edib. Bu il sentyabr ayında isə o etiraf edib ki, Peqqinin meyitini öz maşınında meşəyə aparıb. Bu, onun əvvəlki ifadələrinə zidd idi.

Artıq S.Manuel məhkəmə qarşısındadır. Bütün Almaniya məhkəmə prosesini izləyir.