Ermənistan əhalisi son 12 ildə 3 faiz azaldı

Ermənistan əhalisinin sayı son 12 ildə 3 faiz azalıb.
Bakupost.az xəbər verir ki, Ermənistan Milli Statistika Komitəsinin hesabatında qeyd olunub ki, Ermənistanda daimi yaşayan əhalinin sayı təqribən 2 928 000 nəfər olub ki, bu da 2011-ci illə müqayisə əhali sayında 3 faiz azalma deməkdir. Komitənin hesabatında təqdim olunan rəqəm 2001-ci illə müqayisədə əhali sayında 9 faiz azalmanı göstərir.