Sabah dərmanların qiyməti BAHALAŞACAQ




"Paytaxt Bakıdakı apteklərdə C vitamini, digər vitamin kompleksləri və əksər dərman preparatları qəhətə çıxıb".

Bu barədə Sherg.az-a məlum halla üzləşən əməkdaşı məlumat verib.

O bildirib ki, bütün apteklərdə alıcı sıxlığı yaşansa da, apteklər "bizdə həmin dərmanlar yoxdur" deyib, onları əli boş yola salır. Və mövcud vəziyyəti depoların onlara dərman verməməsi ilə izah edir:

"Bir neçə saatdır ki, vitamin almaq üçün paytaxtın əksər aptekinə baş çəkdim.Və lazım olan dərman vasitəsini tapa bilmədim. Apteklər isə səbəbini depoların onlara dərman verməməsi ilə izah etdilər. Qeyd etdilər ki, depolar belə qıtlıq yaratmaqla qiymətləri qaldırmağa çalışırlar. Və sabahdan etibarən əksər dərmanlar yeni qiymətlərlə satışa çıxarılacaq".

Ayyət Əhməd