75 yaşlı kişi özünü atasının qəbri yaxınlığında asıb

Baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar məlum olub



Bakının Suraxanı rayonu ərazisində ahıl kişi qəbiristanlıqda intihar edib. Rayon Polis İdarəsindən verilən məlumata görə, səhər saatlarında Bülbülə qəbiristanlığında 1938-ci il təvəllüdlü Məhərrəmov Nəsrulla Həmzə oğlunun ağacdan asılı vəziyyətdə qalmış meyiti tapılıb.

Baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar məlum olub. Lent.az-ın məlumatına görə, 75 yaşlı Nəsrulla Məhərrəmov əslən Bülbülə qəsəbəsindən olsa da, uzun illər imiş ki, Xəzər rayonunun Şüvəlan qəsəbəsində yaşayırmış. Bir neçə il əvvəl təqaüdə çıxan kişinin iki oğlu olub. Dünən isə N.Məhərrəmov evə getməyib. O, atasının da dəfn olunduğu Bülbülə qəbiristanlığına gəlib və şam ağacından özünü asıb.