Zaqatalada orta məktəb şagirdi intihar etdi

17 yaşlı qızın özünü hansı səbəbdən asdığı məlum deyil

Zaqatalada 11-ci sinif şagirdi intihar edib. Zaqatala rayon Prokurorluğundan ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, hadisə rayonun Danaçı kəndində baş verib.

1996-cı il təvəllüdlü, Zaqatala rayonu Danaçı kənd sakini Ayzanat Yusif qızı Mehdiyeva özünü yaşadığı evin tirindən asaraq intihar edib. 17 yaşlı Ayzanat Mehdiyevanın özünü hansı səbəbdən asması aparılacaq araşdırmalardan sonra məlum olacaq. Zaqatala rayon Prokurorluğundan bildirilibi ki, Ayzanat Mehdiyeva Danaçı kənd orta məktəbinin 11-ci sinif şagirdidi.

Fakla bağlı Zaqatala rayon Prokurorluğunda CM-nin 125-i(özünü öldürmə həddinə çatdırma) madəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.