Avtomobili qaçıran saxlanıb




Ötən günlərdə Zabrat - Pirşağı şossesində Tofiq Məmmədova məxsus "VAZ-2107” markalı avtomaşın qaçırılıb. Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumatda bildirilib ki, Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum həyatı yaşamış Əli Nağıyev saxlanılıb. Avtomaşın isə saxlanılan şəxsin yaşadığı Şüvəlan qəsəbəsi Sabir küçəsindəki evinin həyətində saz vəziyyətdə tapılıb.