Telefonunun ekrarına tabut şəkli qoyulub

BDU-nun yoxa çıxan tələbəsinin anası danışdı


Bakıda tələbə itkin düşüb. Bu barədə APA-ya itkin düşdüyü bildirilən Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi Asim Məmmədovun yaxınları məlumat veriblər. A. Məmmədov şənbə günü evdən internet kluba getmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb.

A. Məmmədov mobil telefonunda "Mən belə yaşaya bilmərəm. Məni bağışlayın” qeydini yazıb və yazının üstünə tabut şəkli yerləşdirib. Onun yaxınları Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinə ərizə ilə müraciət edib.

Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsindən APA-ya verilən məlumata görə, hazırda A. Məmmədovun tapılması istiqamətində iş aparılır.

A.Məmmədovun yaxınları onun islamazeri.az saytında ştatdankənar müxbir işlədiyini, Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi olduğunu bildiriblər.

"Xahiş edirəm onun barəsində məlumatı olan şəxslər mənimlə əlaqə saxlasın”

AzNews.az İslamazeri.az-a istinadən xəbər verir ki, bu sözləri itkin düşən tələbə Asim Məmmədovun anası Samirə xanım deyib. Onun sözlərinə görə, oğlunun mobil telefonunun ekranında tabut şəkli qoyulub və altında yazılıb:

"Mən, bu həyatda belə yaşamaq istəmirəm. Hər şeyə görə bağışla” (Mətn Rus dilində yazılıb). Mən elə fikirləşirəm ki, o intihar edib. Evdən çıxdıqdan sonra mənimlə əlaqə saxlamayıb. Onu həbs etməyiblər. Bu dəqiqdir. Xətai rayon Polis İdarəsinin 34-cü polis bölməsinə müraciət etmişəm. Polis həbs olunanlar siyahısında və intihar edən naməlum şəxslərin siyahısında adı yoxdur. Üzərində heç bir sənəd götürməyib. 2 gündür əlaqə saxlaya bilmirəm. Xahiş edirəm onun barəsində məlumatı olanlar mənimlə əlaqə saxlasın.” Asim Məmmədov Bakı Dövlət Universitətinin Şərşunaslıq fakultəsinin 2-ci kurs tələbəsi olub. Bir çox məqalənin, araşdırmanın sahibidir. Asim Məmmədov ilə bağlı məlumatı olanların (055) 623 12 11, (055) 844 06 25 nömrələrinə zəng etmələri xahiş olunur.