"Azərbaycanda çağırışçılar üçün həqiqi hərbi xidmətin vaxtının başlanma tarixinin dəyişdirilməsi müzakirəyə çıxarılacaq”. Bu barədə Milli Məclisdən bildirilib. Məlumata görə, bununla bağlı "Hərbi xidmət haqqında” qanunun 14-cü maddəsinə dəyişikliklər təklif olunur. Layihəyə əsasən, çağırışçılar üçün həqiqi hərbi xidmətin başlanğıc tarixi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən xidmət yerinə göndərildiyi gündən hesablanacaq. Hazırda qüvvədə olan maddəyə görə isə çağırışçılar üçün həqiqi hərbi xidmətin başlanğıcı hərbi hissəyə göndərilməkdən ötrü Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə gəldikləri gündən hesablanır. Layihənin yaz sessiyasında parlamentdə müzakirəyə çıxarılması gözlənilir. Hərbi ekspert Üzeyir Cəfərov isə "Şərq”ə dəyişikliyin arzuolunan olmadığını bildirib. Onun sözlərinə görə, çağırışçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (hərbi komissarlığa) gəlirsə, deməli o, həmin gündən hərbi xidmətə başlayır: "İndiyə qədər belə olub. Çox yaxşı qanundur. Yəni həmin müddətdə çağırışçının başına gələcək hər hansı bir işə dövlət məsuliyyət daşıyır. Bəzən komandirlər bunu düzgün dəyərləndirmirlər. Amma nəzərə almaq lazımdır ki, vətəndaşların dövlətə xidmət borcları var. Ona görə də vətəndaş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə çağrıldığı gündən onun hərbi xidməti başlayır. Ölkə prezidenti İlham Əliyev də bununla bağlı sərəncam verib. Sərəncamda bildirilir ki, məsələn, yanvar ayının 1-dən 31-nə qədər orduya həqiqi hərbi xidmətə çağırış aparılsın və xidmət müddəti başa vurmaq şərtilə ordu sıralarından ehtiyata tərxis olunsun. Hərbi xidmət üçün əsas sənəd prezidentin çağırışla bağlı verdiyi sərəncamdı. Bütün hərbi hissələr də həmin sərəncama uyğun addım atmalıdırlar. Ölkə başçısının qərarına heç bir yozum ola bilməz. Bu məsələdə yeni kəşflərə ehtiyac duyulmur. Ola bilsin ki, millət vəkilləri məsələni təklif ediblər. Onlar prezidentin sərəncamına qarşı addım ata bilməzlər. Çünki İ.Əliyevin sərəncamı hər bir vətəndaş üçün hüquqi əhəmiyyət kəsb edən sənəddir”.
Deputatların təklifi qəbul olunan deyil
22:57 19.11.2013
Arxiv
1684
Həqiqi hərbi xidmətin vaxtının başlanma tarixinin dəyişdirilməsi müzakirəyə çıxarılacaq
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Marqarita Simonyanın həyat yoldaşı komaya düşdü
05:27 09.01.2025
Hadisə
Nelson Mandelanın nəvəsi həbs edilib
03:34 09.01.2025
Dünya
Bank sektoru üçün yeni bir mərhələ olacaq -Parlamentari
03:11 09.01.2025
İqtisadiyyat
"Barselona" Messinin şkafını satışa çıxardı
01:35 09.01.2025
Maraqlı
Şahzadə ağlayır, itini itirib...
01:21 09.01.2025
Dünya
Duzlu suda vanna qəbul etmək - FAYDALARI
00:52 09.01.2025
Sağlamlıq
Almaniyada casus dronların sayı artdı
00:34 09.01.2025
Dünya
Vətəndaşa işgəncə verən ata və oğul həbs edildi
00:09 09.01.2025
Hadisə
Blinken: Tərəflər Ukrayna üzrə danışıqlara başlamağa yaxınlaşır
23:56 08.01.2025
Gündəm
ABŞ və Britaniya husilərin mövqelərinə zərbələr endirib
23:44 08.01.2025
Dünya
Kaliforniyada dəhşətli meşə yanğınları: ölənlər var - FOTO
23:30 08.01.2025
Hadisə
Ukrayna Belarusla sərhəddə istehkamlar tikməyə başlayıb
23:27 08.01.2025
Dünya
Hansı virusa yoluxduğumuzu necə ayırd edək?
23:13 08.01.2025
Sağlamlıq
ABŞ və Rumıniya arasında viza rejimi ləğv edilir
22:58 08.01.2025
Dünya
Əmrə Bəlözoğlu avtomobil qəzasına düşdü
22:27 08.01.2025
İdman
Maqdalena Qrono Bakıdan İrəvana gedir
22:06 08.01.2025
Siyasət
Tramp ABŞ-də fövqəladə vəziyyət elan edə bilər
21:55 08.01.2025
Dünya
Türkiyəli yazıçı Selim İleri vəfat edib
21:41 08.01.2025
Ədəbiyyat