"İranlı deputat fəxr etsin ki, türk milləti ilə eyni havada nəfəs alır"




"Bu ifadələr iranlı deputatın türklərə baxış tərzidir”.

Bunu Sherg.az-a İran parlamentinin millət vəkili Kazım Delxoş azərbaycanlıları təhqir etməsinə münasibət bildirərkən Azəri-Türk Qadınları Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyib. 

Deputatı sərt tənqid edən T. Rüstəmxanlının sözlərinə görə, Delxoşun xisləti türklərin yaşadığı İranın farsların əlinə keçməsindən sonra farsların türk millətinə olan münasibətinin mahiyyətidir:

"O deputat fəxr etsin ki, türk milləti ilə eyni havada nəfəs alır. Fars deputatın türklərin dəyərli xalq olmasını anlaması üçün hələ çox zaman lazımdır. O kimdir ki, türk millətinə dəyər versin. Delxoş ancaq gücü yetən qədər, farsın əxlaqına, öz əxlaqına uyğun olaraq, türkləri təhqir edir. Türk deyəndə onların gözünün qarşısına dünyaya qəhrəmanlıq dastanı yazan Türk milləti gəlir. Ona görə narahatdır. Tək o deyil. Bütün dünya türk adından rahatsızdır. Bu da növbəti adına müsəlman deyən din qardaşlarımızın islamın bayraqdarlığını tarix boyu yazmış türk millətinə baxış tərzidir. Hər kəs öz arşını ilə ölçür. Bu, həmin millət vəkilinin dəyərsiz adam olduğunu, mahiyyətini göstərir”.

Qeyd edək ki, K.Delxoş azərbaycanlılara Maku şəhərində, Bazırqan sərhəd keçid məntəqəsində olan zaman aşağılayıcı ifadə işlədib. Belə ki, görüşlərinin birində telefonla danışan Delxoş, "Bunlar türkdür, heç nə anlamazlar” sözlərini söyləyib.

Xatırladaq ki, Delxoş bundan öncə Qəzvində olan azərbaycanlıları təhqir etmişdi.
Delxoş İran parlamentinin İqtisadiyyat Komissiyasının üzvüdür. O, farsların üstünlük təşkil etdiyi Somesəran şəhərindən parlamentə üzv seçilib.

Aysel Aslan