Həkimdən skandal paylaşma! İctimai mediadan böyük təpki aldı

Türkiyədə adı məlum olmayan bir xəstəxanada baş vermiş hadisə gündəm olub. Əməliyyatdakı  xəstəsinin foto şəkillərini Facebookda paylaşıb, onu lağ obyektinə çevirən həkim İ. A. T. ictimai mediada böyük təpki aldı. Əməliyyatla rektumundan pivə şüşəsi çıxarılan bir xəstəyə aid görüntüləri paylaşan həkim tənqidlərdən sonra görüntülərin onun xəstəsinə aid olmadığını iddia etdi. Lakin həkimin özünü bu şəkildə  müdafiə etməsi də reaksiyaları səngitmədi.