Avropa Parlamentindən açıqlama: Türkiyədə sabitlik olmazsa, hamımızın başı bəlaya girər




Macarıstanın Baş naziri Viktor Orban, Türkiyədə sabitlik təmin edə bilənlərin dəstəklənilməsi lazım olduğunu ifadə edərək, "Türkiyədə sabitlik olmazsa, hamımızın başı yaxında bəlaya girər." deyib.


Orban, Avropa Parlamenti (AP) ümumi yığıncağındakı çıxışından sonra mətbuat konfransı təşkil edib.

Bir suala cavab olaraq Türkiyədə 16 apreldə Konstitusiya dəyişikliyi ilə bağlı referendum sonrası  vəziyyətə toxunan  Orban, Türkiyənin sabitliyinin Avropa baxımından əhəmiyyətini vurğulayıb.

Orban, "Türkiyədə dəqiq bir sabitlik təmin edə bilənləri dəstəkləməliyik. Türkiyədə sabitlik olmazsa, hamımızın başı bəlaya girər." deyə bildirib. Avropanın daha böyük prioritetinin Türkiyənin sabitlikləşdirilməsi olduğunu vurğulayan Orban, "Əks halda, bütün bölgə yanğın yerinə dönər və Avropa üzərindəki təzyiq dözülməz olar. Buna görə, Ərdoğanın sabit bir türk siyasi həyatı meydana gətirməsini dəstəkləyirəm." şəklində danışıb.