DİM-dən abituriyentlərə MÜRACİƏT




Dövlət İmtahan Mərkəzi qəbul imtahanı verən abituriyentlərə müraciət edib.

DİM-dən Lent.az-a verilən məlumata görə, artıq namizədlər, imtahan iştirakçıları imtahanların nəticələrini Azercell mobil operatoru vasitəsilə mərkəz tərəfindən müvafiq nəticələr rəsmi elan olunan gündən etibarən öyrənə biləcəklər. Nəticələri öyrənmək üçün iş nömrəsini 7727-yə göndərmək lazımdır. Abonentin nömrəsinə toplanan bal haqqında məlumat göndəriləcək.

İmtahan nəticələri eyni zamanda DİM-in internet saytında yerləşdirilir.