İranda mədəndə partlayış: ölənlərin sayı 21-ə çatdı




İranın Gülüstan vilayətində kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 2 nəfərin öldüyü, 26 nəfər yaralandığı bildirilirdi, 90 nəfərin yerin altında qaldığı ehtimal edilirdi.
Hadisə ölkənin şimal-qərbindəki Gülüstan vilayətinin Azadşəhr şəhərində baş verib.