Əlavə silah göndərə bilərik: Rusiyadan Suriya ilə bağlı yeni həmlə





Rus əsgərlərini qorumaq üçün Suriyaya əlavə silah göndərə bilərik.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin rəhbəri Viktor Ozerov deyib.

"Qərbli həmkarlarımızın narahatlıq keçirməsi üçün bir səbəb yoxdur. Rusiya Suriyada terrora qarşı mübarizə aparır və başqaları ilə müharibə aparmaq niyyəti yoxdur. Əsgərlərimizin olduğu yerdə təhlükəsizliyi artırmaq üçün topçu artilleriyanı Suriyaya göndərməyə hazırıq”, - Rusiya rəsmisi bildirib.

O, göndəriləcək silahın sayını açıqlamayıb.