9 mərtəbəli binalar belə sökülür






Paytaxt Bakının Bakıxanov və Ceyhun Hacıbəyli küçələrinin kəsişməsində yerləşən məcburi köçkünlərin bir vaxtlar məskunlaşdıqları Azərbaycan Dövlət Neft Akademiyasının yataqxanaları sökülür.
SalamNews xəbər verir ki, həmin ərazidə ümumilikdə 6 binanın söküntü işləri gedir.
Doqquzmərtəbəli binada yaşayan sakinlər isə Masazır qəsəbəsində yeni inşa olunmuş yaşayaış evləri ilə təmin olunublar. Lakin hazırda 15-ə yaxın ailə, onlara Masazır qəsəbəsində təklif edilən evlərdən narazı qalıblar və evlərindən çıxmaqdan imtina ediblər.
Xatırladaq ki, hazırda Bakıda Heydər Əliyev prospektində 3 və 4 mərtəbəli binaların söküntüsü davam etdirilir. Binaların sökülməsinin əsas məqsədi 2015-ci ildə Bakıda keçiriləcək "I Avropa Oyunları" ilə əlaqədardır. Binaların sakinləri isə şəhərin müxtəlif yerlərində mənzilllərlə təmin olunublar.