Timoşenko: “Yeni prezidentə yaxından nəzarət edəcəyik”





Ukraynanın keçmiş baş naziri, prezidentliyə keçmiş namizəd "Batkivşina” Partiyasının lideri Yuliya Timoşenko seçkidəki qələbəsi münasibəti ilə Pyotr Poroşenkonu təbrik edib.
Lent.az-ın "RİA Novosti”-yə istinadən məlumatına görə, o, bildirib ki, ardıcıl olaraq, "yeni hakimiyyətin işinə yaxından nəzarət edəcək”lər.
"Ukraynalılar öz seçimini edib. Buna hörmətlə yanaşıram. Yeni prezidenti seçkidəki qələbəsi münasibəti ilə təbrik edirəm. Xalq ona etimad krediti verib. Yeni dövlət başçısı bunu doğrultmalıdır. Bunun üçün onun hər cür imkanı və səlahiyyəti var”-deyə, Timoşenko vurğulayıb.
O, qeyd edib ki, Ukrayna çətin durumdadır: "Bu səbəbdən də indi ölkədə siyasi qarşıdurma yaratmaq məqsədəuyğun deyil. Ona görə də Maydanın ideallarının həyata keçməsi üçün komandam Ukraynanın yeni prezidentinə yardım etməyə hazırdır. Bununla belə partiyamız və fraksiyamız ardıcıl olaraq, yeni prezidentin komandasının fəaliyyətinə yaxından nəzarət edəcək”.