Azərbaycanda 2 yaşlı uşaq qaynar qazanda yandı

Qaynar dovğa qazanına yıxılan Zəhra Alışova ölüb




Lerik rayonunda bədbəxt hadisə baş verib. Lerik rayon Prokurorluğunun müstəntiqi Abdulla Abdullayevin ANS PRESS-ə verdiyi məlumata görə, 2 yaşlı uşaq qaynar qazana düşüb. Hadisə rayonun Zərdəbərə kəndində qeydə alınıb.
Adıçəkilən kənddə yaşayan Teymur Alışovun azyaşlı qızı qaynar dovğa qazanına düşüb.Hadisə ehtiyatsızlıqdan baş verib.

"Ötən gün günorta saat 12-13 radələrində Züleyxa Teymur qızı Alışova arxası üstə həyətlərindəki qaynar qazana düşüb. Kənd çox ucqardır. Buna görə də uşağı axşam saatlarında rayon mərkəzi xəstəxanasına çatdırmaq mümkün olub. Lakin azyaşlının həyatını xilas etmək olmayıb".