Səfir Rusiyanı istəmir

Ermənistanın Rusiyadakı səfiri Oleq Yeseyanın geri çağrılacağı gözlənilir




Ermənistanın Ukraynadakı səfiri geri qayıdır.
ANS PRESS-in məlumatına görə, bu barədə səfir Andranik Manukyan özü açıqlama verib.Onun sözlərinə görə, Ukraynada diplomatik fəaliyyəti başa çatdığına görə, yaxın günlərdə İrəvana qayıdacaq.
A.Manukyan son vaxtlar Rusiyaya səfir göndəriləcəyi ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib. O, bildirib ki, Rusiyada səfir işləmək niyyətində deyil.

Qeyd edək ki, son vaxtlar Erməni mətbuatında yayılan xəbərlərə görə, Ermənistan hökumətinin Rusiyada fəaliyyət göstərən səfir Oleq Yeseyanı geri çağıracağı, onun yerinə xarici işlər nazirinin müavini Şavarş Koçaryanın təyin edəcəyi barədə xəbərlər yayılıb. Lakin Rusiya səfirinin niyə geri çağırılacağına dair heç bir məlumat verilmir.