İqbal Ağazadə bir sıra şəxslərin yenidən əfvi üçün müraciət edib






Bu gün Milli Məclisin yaz sessiyasının sonuncu iclası öz işinə başlayıb. ANS PRESS-in məlumatına görə, gündəliyini təsdiq olunmasından sonra millət vəkili İqbal Ağazadə çıxış edərək 28 May Respublika günü ilə bağlı prezidentin verdiyi əfv fərmanını yüksək qiymətləndirib.

O, spikerə müraciət edərək gözlənilən və əfv olunmayan şəxslərin də yenidən əfv olunması üçün müraciət edib.

"Prezidentin verdiyi əfv sərəncamını yüksək qiymətləndirirəm. Amma həbs olunan bəzi şəxslər var idi ki, onların əfv olunması gözlənilirdi. İsmayıllı hadisələrinə görə həbs olunan İlqar Məmmədov, Tofiq Qaqublu, "Nida"çı gənclərin və başqalarının bu fərmanda azadlığa çıxacağı gözlənilirdi. Amma onlar bu dəfəki əfv siyahısına düşmədi. Bu gün Milli Məclisin yaz sessiyasının son iclasıdır. Amma parlament yenidən toplaşacaq. Təklif edirəm ki, amnistiya aktının ya da yenidən prezidentin imzası ilə əfv sərəncamının imzalanması və həmin gənclərin əfv olunması xalqda da yüksək əhval ruhiyyə yaradacaq. Bununla bağlı sizə də müraciət edirəm”.