Əliağa Hüseynovun səhhətində problem yarandı





Respublikanın sabiq hərbi komissarı, ehtiyatda olan general-leytenant, Milli Məclisin deputatı Əliağa Hüseynov səhhəti ilə bağlı Türkiyəyə gedib.

Lent.az-ın "aznews.az”a istinadən xəbərinə görə, bunu Əliağa Hüseynov özü bildirib. O deyib ki, səhhətində yaranan bəzi narahatlıqlarla bağlı hazırda Türkiyədəki xəstəxanaların birində müayinə olunur: "Müayinə üçün 20 gün Türkiyədə olacağam”.

Ə. Hüseynov səhhətində yaranan problemin nədən ibarət olduğu barədə məlumat vermək istəməyib: "Azərbaycana qayıtdıqdan sonra danışarıq”.