Obamanın katibi işdən çıxdı

Xəbəri ABŞ prezidenti Barak Obama yayıb



 ABŞ prezidenti Barak Obama Ağ Evin mətbuat katibi Cey Karninin istefa verdiyini elan edib.
ANS PRESS-in məlumatına görə, Obama Karninin istefasının səbəbini də açıqlayıb. Cey öz ailəsi ilə daha çox vaxt keçirmək istəyirmiş.
Obamanın məlumatına görə, Karnini onun müavini Coş Ernest əvəz edəcək. O həm də prezidentin də köməkçisidir.
Karni daha əvvəl Moskvada "Time” jurnalının müxbiri olub. 2011-ci ilin yanvar ayından isə o, Obamanın mətbuat katibi olub.