“Beşiktaş” erməni futbolçudan imtina etdi






Türkiyənin "Beşiktaş” klubu Ermənistan yığmasının futbolçusu Aras Özbilizin adını transfer siyahısından çıxarıb. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, "Spartak” Moskvada çıxış edən A.Özbilizin zədələnməsi səbəbi ilə "Beşiktaş” transferdən vaz keçib.
"Qalatasaray”-ın da maraqlandığı A.Özbiliz 6 ay müddətində meydana çıxmayacaq.
Türkiyə Futbol Federasiyasının əcnəbi oyunçularla bağlı qəbul etdiyi "5+3” (5 nəfər meydanda, 3 nəfər ehtiyatda) qərarından sonra "Beşiktaş” yerli oyunçuların heyətdə genişləndirmək üçün Bakırköydə anadan olmuş A.Özbilizi transfer etmək istəyirdi.