Elçin Şıxlı: “Telefonu lap uzağa tullamaq istəyirəm”




"Gələcək fəaliyyətim barədə hələ konkret heç nə deyə bilmərəm. Çünki qəzetlər müvəqqəti dayandırılıb. Bir az dincəlmək istəyirəm, amma hələ alınmır. Dincəlmək üçün görünür, harasa meşəyə, dağa, dərəyə getmək, telefonu da harasa lap uzaqlara tullamaq lazımdır ki, uzaq bir yerə çəkiləsən, beynin açılsın. Hazırda əsas işim qəzetlərin nəşrinin bərpası üçün çalışmaqdır”.
Bunu Modern.az-a açıqlamasında "Ayna-Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı deyib.

Qeyd edək ki, "Ayna” və "Zerkalo” qəzetləri maddi problemlərin olması səbəbindən çapını müvəqqəti dayandırıb. Qəzetin əməkdaşı Rauf Mirqədirov hazırda həbsdədir. Bundan başqa, "Ayna-Zerkalo” qəzetləri Mətbuat Şurasının təsisçiliyindən istefa verib.