Iyunun 1-dən Krım Rusiya rubluna keçib




Ukrayna qrivnası Rusiya tərəfindən ilhaq olunmuş Krımda xarici valyutaya çevrilib.
İyunun 1-dən yarmadada bütün haqq-hesablar rusiya rublu vasitəsilə həyata keçiriləcək.
UNİAN agentliyinin xəbər verdiyinə görə, əvvəlcədən planlaşdırıldığına görə, qrivna dövriyyədə 2016-cı ilin anvar ayına qədər qalmalı idi.
Martın 17-də Ukrayna rəsmiləri tərəfindən tanınmamış Krımın rəsmiləri Krımda rəsmi pul vahidi Rusiya rublunun olacağını elan etmişdilər, eyni zamanda haqq-hesabların Ukrayna valyutasında da aparalacağını qeyd etmişdilər.
Lakin Rusiya qrivnanın dövriyyə müddətini 2014-cü ilin iyunun 1-dək qısaldıb.
Bu qanun mayın 21-də Rusiya Federasiyasının Federasiya Şurası tərəfindən qəbul olunub, mayın 27-də isə Rusiya prezidenti Vladimir Putin tərəfindən imzalanıb.