"Facebook"un qurucusunun arvadı danışdı (FOTO)

“İşləməyə başı qarışanda yemək yeməyi belə unudur və bu səbəblə də baş ağrısı kimi problemlər yaşayır"


Dünyanın ən böyük və məşhur sosial şəbəkəsi olan "Facebook"un qurucusu Mark Zuckerberqin tibb üzrə təhsil alan həyat yoldaşı Priscilla Chan ilk dəfə müsahibə verib. ANS PRESS-in məlumatına görə, ötən ilin may ayında dünyanın ən zəngin gənclərindən biri ilə ailə quran Chan NBC kanalında yayımlanan "Today" proqramının qonağı olub.
Chan insanların onunla bu qədər çox maraqlanmasında təəcübləndiyini deyib.
Əri ilə suallara cavab verən Chan Zuckerberqin geyim zövqünü bəyəndiyini deyib. O, ərinin hər gün papaqlı sviter geyinməsinin onun üçün heç bir problem olmadığını qeyd edib. Çinli qadını ən çox narahat edən isə ərinin yemək vərdişidir. "İşləməyə başı qarışanda yemək yeməyi belə unudur və bu səbəblə də baş ağrısı kimi problemlər yaşayır".

Onun sözlərinə görə, ailəsi Çini qaçaq miqrant gəmisi ilə tərk edərək ABŞ-a gəlib. Chan evin ən böyük uşağıdır. O, ana dili olan Çin, ingilis və ispan dillərində bilir.
"Facebook" qurucusunun həyat yoldaşı San Fransiskodakı məktəblərə 120 milyon dollar bağışladıqlarını deyib.