Merkel Gürcüstana gəlir




Almaniya kansleri Angela Merkel Gürcüstan baş naziri İrakli Qaribaşvilinin Tiflisə səfər dəvətini qəbul edib.
APA-nın gürcü mətbuatına istinadən verdiyi məlumata görə, səfər 2015-ci lin yazı aylarınadək baş tutacaq.
Gürcüstan hökumətinin mətbuat xidmətindən bildiriblər ki, Almaniya kanslerinin təşəbbüsü ilə yaxın perspektivdə Almaniya-Gürcüstan iqtisadi forumu keçiriləcək. Forumun məqsədi iki ölkə arasındakı əməkdaşlığın genişləndirilməsidir.