Beləsi olmamışdı...

Qadınlar təbiətin qoynunda doğur





ABŞ-da nümayiş olunan bir televiziya proqramı reaksiyalara səbəb olub. Çünki o proqramda gənc hamilə analar heç bir həkim müdaxilə etmədən və hər hansı bir kömək almadan tək başlarına doğurlar.

Narahatedici o görünüşlərdə doğum nə xəstəxanada, nə də evdə reallaşır. Təbiətin qoynunda, üstəlik, daşların üzərində gənc ana körpəsini dünyaya gətirir.

Qadının yerdə lüm-lüt dizi üstə çökən bir vəziyyətdə doğum etməsi və bunların televiziya proqramı üçün çəkil-məsi də işin bir başqa maraqlı tərəfidir. Bəzi mütəxəssislər bu şəkildə oturaraq doğumun olduqca təhlükəli olduğu fikrindədirlər. O analar üçün "bəlkə də bir qadının həyatı boyunca yaşayacağı ən dəli təcrübə” kimi şərhlər verilir.