Olland Putini səmimi qarşıladı

Prezidentlərin saat yarım ərzində söhbət etdiyi bildirilir



Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Fransua Olland ilə görüşü zamanı Ukrayna böhranının həlli yolları müzakirə edilib.
ANS PRESS-in məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, prezidentlərin görüşü Yelisey sarayında baş tutub və saat yarım davam edib. Tərəflər Ukrayna böhranından başqa Rusiya və Fransa arasındakı ikitərəfli əlaqələrin perspektibləri müzakirə edilib.
D.Peskov prezidentlərin söhbətinin hərtərəfli və zəngin olduğunu deyib. V.Putinin F.Ollandla göürüşü Qərb mətbuatının da diqqət mərkəzində olub. Çünki Ukrayna böhranına görə, ABŞ və bir sıra Avropa ölkələrinin Rusiyaya qarşı münasibəti dəyişib. Lakin Rusiya və Fransa prezidentlərinin görüşünün çox səmimi keçdiyi bildirilir.