Ebru Gündeş 17 minlik libasda




Azərbaycan əsilli iş adamı Rza Zarrabla evli tanınmış müğənni Ebru Gündeş konsert verib. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, İstanbuldakı əyləncə mərkəzlərindən birində səhnəyə çıxan Ebru Gündeş modelyer Elie Saabın yeni kolleksiyasından olan geyimi ilə diqqətləri cəlb edib.
Türk həmkarlarımızın bildirdiyinə görə, gecədə müğənnin ifaları ilə yanaşı ən yadda qalan detal geyindiyi bu bahalı libas olub. Belə ki, E.Gündeşin libasının qiyməti 5800 euro (təxminən 17 min lirə) qiymətləndirilir.
Qeyd edək ki, həmin libas 2014-ci il ilk bahar kolleksiyasında, Markanın Milano Moda həftəsində nümayiş olunub.