Bu qadın qorxmur

O, hər gün sıra-sıra yatan mumiyaların arasında təmizlik aparır




Çex respublikasının Brno şəhərindəki sirli muzey turistlərin böyük marağına səbəb olub.

Sıra-sıra yatan mumiyaların arasında hər gün təmizlik edən qadın isə ziyarətçilər tərəfindən sual yağışına tutulur. Ziyarətçilərin "bir qadın olaraq tək başına mumiyaların içində çalışmaqdan qorxmursanmı” sualının ona davamlı verildiyini ifadə edən təmizlik işçisi "ilk vaxtlarda qorxduğunu, indi isə alışdığını” söyləyir. Brno Turizm Müdirliyinin verdiyi məlumata görə, Capuchin Kriptasının xüsusi torpağı və ventilyasiya sistemi mumiyaların zərər görmədən açıqda sərgilənməsinə icazə verir.

Çex arxeoloqları keçmişdə 200 dənə olan mumiyalardan günümüzə yalnız 24 dənəsinin qaldığını ifadə etdi. Avropada 18-ci əsrə qədər keşişlər və köməkçiləri öldükləri zaman kilsələrin sığınacağında xüsusi açıq məzarlara basdırılırdı.